Menyu

NATO-nun İraqdakı missiyasının komandanlığı Hollandiyaya keçəcək

NATO-nun İraqdakı missiyasının komandanlığı Hollandiyaya keçəcək

Hollandiya bu ilin may ayından NATO-nun İraqdakı missiyasına komandanlığı öz üzərinə götürəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə Niderlandın baş naziri Mark Rutte Haaqada İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlardan sonra bildirib.

"Bu səfər Hollandiya ilə İraq arasında yaxşı münasibətlərin bariz əlamətidir. Ölkələrimiz iqtisadiyyat, miqrasiya və təhlükəsizlik kimi sahələrdə səmərəli əməkdaşlıq edir. Biz əlaqələrimizin daha da inkişaf etdirilməsi imkanlarını, o cümlədən ikitərəfli münasibətləri müzakirə etdik", - Rutte "X"də qeyd edib.

Bundan əlavə, tərəflər NATO-nun İraqdakı missiyasının komandanlığının Hollandiyaya keçməsi və regional hadisələri müzakirə ediblər: "Hollandiya və İraq Qəzza zolağında münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün işlərini davam etdirəcəklər".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər