Menyu

Aİ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edə bilər

Aİ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edə bilər
1 dəq oxu

"Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasına (KXDR) Rusiyaya hərbi tədarük etdiyi iddiasına görə sanksiyaların tətbiq edilməsi imkanını istisna etmir". 

"Operativ Media" xəbər verir ki, bunu Aİ-nin yüksək səviyyəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

"Sanksiyalar bu vəziyyətdən çıxış yollarından biridir", - deyə o, müvafiq məsələyə toxunub.

Diplomatın sözlərinə görə, Aİ KXDR-in Rusiyanı silahla təmin etdiyinə əmindir: "Bu silahlar Ukraynada döyüş meydanında istifadə edilib".

Əlaqəli Xəbərlər