Menyu

Çin XİN: "Amerika Çinə qarşı birtərəfli sanksiyaları ləğv etməlidir"

Nərmin Qocamanlı
Çin XİN: "Amerika Çinə qarşı birtərəfli sanksiyaları ləğv etməlidir"

Çinin xarici işlər naziri Vanq Yi Münxendə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Amerika rəsmilərindən Çinə qarşı birtərəfli sanksiyaları ləğv etməyi tələb edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Vanq Yi ABŞ-dan Çin şirkətlərinə və fiziki şəxslərə qarşı qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyi və ÇXR-nın inkişaf sahəsində qanuni hüquq və maraqlarına xələl gətirməməyi xahiş edib", - deyə Çin XİN-nin bəyanatında deyilir.

O, Vanq Yinin ABŞ-a münasibətlərin qarşılıqlı hörmət, dinc yaşama və qazanclı əməkdaşlıq prinsipləri əsasında qurulmasının zəruriliyinə işarə etdiyini aydınlaşdırır. 
Çin diplomatı vurğulayıb ki, Pekin və Vaşinqton iki böyük dövlətin bir-biri ilə barışmasına imkan verəcək düzgün yolu fəal şəkildə axtarmalıdırlar.

Teqlər:

"\u00c7in X\u0130N: \"Amerika \u00c7in\u0259 qar\u015f\u0131 birt\u0259r\u0259fli sanksiyalar\u0131 l\u0259\u011fv etm\u0259lidir\""

Əlaqəli Xəbərlər