Menyu

Hindistan yeni nəsil hava peykini orbitə çıxarıb

Nərmin Qocamanlı
Hindistan yeni nəsil hava peykini orbitə çıxarıb

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə ISRO-nun "X" hesabında paylaşım edilib.

“GSLV-F14/INSAT-3DS missiyası: daşıyıcı aparat peyki nəzərdə tutulan geostasionar ötürmə orbitinə uğurla çıxarıb”, - məlumatda deyilir. 

2274 kiloqram çəkisi olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək. Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.

Teqlər:

"Hindistan yeni n\u0259sil hava peykini orbit\u0259 \u00e7\u0131xar\u0131b"

Əlaqəli Xəbərlər