ABŞ prezidenti Co Bayden administrasiyasının siyasəti ucbatından ABŞ yolunu azıb, gücünü və inamını itirib.
"Operativ Media" xəbər verir ki, bu barədə şənbə günü Amerikanın keçmiş lideri Donald Tramp bildirib.
"Biz indi tənəzzülə uğrayan bir xalqıq. Çox üzücüdür. Biz tənəzzülə uğrayan bir xalqıq. Biz millət olaraq uğursuzluğa düçar oluruq. Biz inamı, iradəsini, qüdrətini itirmiş bir xalqıq. Biz yolunu azmış xalqıq" - o, Miçiqandakı tərəfdarları qarşısında danışarkən deyib.
Daha əvvəl Tramp Baydenin siyasətinə görə ABŞ-nin cəhənnəmə doğru yol aldığını bildirmişdi.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə Demokrat Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istədiyini açıqladı. Tramp isə 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan edib. O, Respublikaçılar Partiyasının ən böyük namizədidir.
Teqlər:
"Tramp: AB\u015e yolunu az\u0131b v\u0259 g\u00fcc\u00fcn\u00fc itirib"