"Yandex" vulkanik küllərin yayılmasını proqnozlaşdıran xidmət təqdim edib
Nərmin Qocamanlı
"Yandex Data Analysis School" vulkanik külün yayılmasını proqnozlaşdırmaq üçün xidmət təqdim edib. Onun köməyi ilə xilasedicilər, şəhər xidmətləri və geofiziklər beynəlxalq aviasiyanı, sakinləri və turistləri külün yayılması barədə operativ məlumatlandıra və tullantıların nəticələrini daha effektiv aradan qaldıra biləcəklər.
"Operativ Media" xəbər verir ki, bu barədə "Yandex" şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən neyroşəbəkə "Yandex Cloud" platforması və "Yandex" Weather xidmətinin mütəxəssisləri ilə birlikdə hazırlanıb.
Xidmət dünyanın istənilən yerində kül emissiyalarının yayılmasını proqnozlaşdırmaq üçün uyğunlaşdırıla bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net