Bakıdan 64 avroya İstanbula, 109 avroya Frankfurta uçuş mümkündür

Redaksiya
Bakıdan 64 avroya İstanbula, 109 avroya Frankfurta uçuş mümkündür

“Pegasus” avidaşıyıcı şirkəti Türkiyədə daxili uçuşlar üçün kampaniyaya başlayıb. Türkiyədə olan şəxslər 27 manat ödəməklə daxili uçuşlar üçün bütün istiqamətlərə bilet ala bilərlər.

Gəncədən və Bakıdan uçuş həyata keçirən “Pegasus” bəs Azərbaycan vətəndaşları üçün hansı qiymətləri təklif edir?

“Operativ Media” “Pegasus” şirkətinin Azərbaycan üçün təklif etiyi biletlərin qiymətlərini araşdırıb.

Azərbaycanlıların ən çox üz tutduğu şəhərlərdən olan İstanbula Bakıdan birbaşa reyslər mövcuddur.

“Pegasus”la İstanbula qiymətlər 64 avrodan (118 AZN) başlayır.

Bakıdan İzmirə isə gediş bileti 68 avrodur (125 AZN).

Aviaşirkət Avropanın mərkəzi sayılan Almaniyanın bir neçə şəhərinə səfər təşkil edir. Bakıdan Frankfurta birbaşa reys 109 Avrodur (201 AZN).

“Pegasus”un Bakı-Tbilisi reysi olmasa da, Batumi üçün qiymət 85 avrodur (157 AZN).

Möhtəşəm çimərlikləri ilə seçilən, Avropanın ən çox üz tutulan şəhərlərindən biri olan Barselonaya səfər sizə 154 avroya (284 AZN) başa gələcək.

Qeyd edək ki, qiymətlər tələbdən asılı olaraq dəyişə bilir. 

Göstərilən bilet qiymətləri mart və aprel ayının bəzi günləri üçündür.

Şəkil Qalereyası

Bakıdan 64 avroya İstanbula, 109 avroya Frankfurta uçuş mümkündür - Şəkil 1
Bakıdan 64 avroya İstanbula, 109 avroya Frankfurta uçuş mümkündür - Şəkil 2
Bakıdan 64 avroya İstanbula, 109 avroya Frankfurta uçuş mümkündür - Şəkil 3
Bakıdan 64 avroya İstanbula, 109 avroya Frankfurta uçuş mümkündür - Şəkil 4

Digər xəbərlər