Menyu

"WhatsApp" yeni funksiyasını aktivləşdirib

Nərmin Qocamanlı
"WhatsApp" yeni funksiyasını aktivləşdirib

“WhatsApp” tərtibatçıları messencerə yeni mətn formatı seçimləri əlavə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

Belə ki, artıq isitfadəçilər sitatları vurğulamaqla və digər mətn formatlarından istifadə etməklə mesajlarınızı strukturlaşdıra bilər.
Qalın (*Mətn*), kursivlə (_Mətn_), üstü çəkilmiş (~Mətn~) və birboşluqlu şriftlə (```Mətn```) mətni vurğulamaq üçün istifadə olunan mövcud üsullara yeniləri əlavə edilib. Beləliklə, göstəricilər (- Mətn) və nömrələmə (1. Mətn) ilə siyahılar yaratmaq mümkün olub.

Əlavə olaraq, WhatsApp istifadəçiləri indi sitatı (>Mətn) vurğulaya və formatlaşdırmanı (Mətn) qoruyarkən kod parçalarını yapışdıra bilərlər.

Yeni funksiyalar artıq Android, iOS, Mac və messencerin veb versiyasında bütün "WhatsApp" istifadəçiləri üçün əlçatandır. 

Teqlər:

"\"WhatsApp\" yeni funksiyas\u0131n\u0131 aktivl\u0259\u015fdirib"

Əlaqəli Xəbərlər