"Galaxy" martda süni intellekt alacaq smartfonlarını açıqlayıb
Nərmin Qocamanlı
"Samsung" One UI 6.1 yeniləməsini mart ayının sonunda 2023 Galaxy cihazlarına yaymağa başlayacağını açıqlayıb.
"Operativ Media" "9to5Google" portalına istinadən xəbər verir ki, yeni proqram təminatı ilə şirkətin smartfon və planşetləri Galaxy AI-nin neyron şəbəkəsi funksiyalarına daxil ola biləcək.
"Samsung" Galaxy S23, S23+, S23 Ultra, S23 FE, Z Fold 5, Z Flip 5, Galaxy Tab S9, Tab S9+ və Tab S9 Ultra sahibləri yeniləməni qəbul edə biləcəklər. Sözügedən yeniləmə yeni Galaxy S24 seriyalı smartfonlarda görünən AI xüsusiyyətlərini bu cihazlara gətirəcək.
Galaxy AI funksiyaları arasında Samsung klaviaturasında müxtəlif üslublarda yazılmış mətni yenidən yaza və səhvləri düzəldə bilən "Tonların dəyişdirmə" funksiyası diqqəti çəkir. Süni intellekt "Samsung Notes" proqramında mətni strukturlaşdırmağa səhvləri düzəltməyə kömək edir. “Ağıllı” səs yazıcısı isə səs yazılarını transkripsiya edə bilir.
Ən diqqətçəkən yeniliklərdən biri də telefon danışıqları zamanı ikitərəfli (səsli və mətnli) tərcümədir. "Circle Search", "Chat Assist", "Productive Editing", "Instant Slow Motion" və s. kimi bir çox digər funksiyalar mart ayının sonuna kimi Samsung smartfon və planşetlərində görünəcək. Bununla belə, One UI 6.1 yeniləməsinin daha dəqiq buraxılış tarixləri hələ açıqlanmayıb.
Teqlər:
"\"Galaxy\" martda s\u00fcni intellekt alacaq\u00a0smartfonlar\u0131n\u0131 a\u00e7\u0131qlay\u0131b"