Dünən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən qəza olub. Beləki, Məmmədov Asim Əjdər oğlu idarə etdiyi "Mersedes C230" markalı avtomobil ilə yolu keçmək istəyən piyadanı vurub.
"Operativ Media" xəbər verir ki, piyada Sultanova Sevda Ağamoğlan qızı qəza nəticəsində dünyasını dəyişib. Faktla bağlı Xətai rayon polis idarəsin CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.






