Arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Fevralın 24-ü saat 10:30-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən “Operativ Media”ya verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şərurda 5 sm, Şahdağda 4 sm, Qrızda 3 sm, Qobustanda 1 sm olub.
Düşən yağıntının miqdarı Oğuzda 11 mm, Neftçalada 7 mm, Qaxda 5 mm, Göygöl, Balakən, Şərur, Şahbuz, Şabran, Qobustan, Qəbələ, Şəki, Zaqatala, Daşkəsən, Gədəbəy, Sədərək, Ordubad, Lerik, Sabirabad, Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Ağdam, Şamaxı, Quba, Qusar, Xaltan, Tərtər, Beyləqan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 6 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 1, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta olub.
Teqlər:
"Arabir ya\u011f\u0131nt\u0131l\u0131 olub da\u011fl\u0131q rayonlarda qar ya\u011f\u0131b - FAKT\u0130K\u0130 HAVA"