Menyu

Dövlət Komissiyası: Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir

Dövlət Komissiyası: Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir

Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir.

Bunu “Operativ Media”ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, axtarış-qazıntı-ekshumasiya işi mürəkkəb prosesdir.

“İlkin məlumata görə 4-5 nəfərə aid meyit qalığı var. Ekshumasiya prosesi davam edir. Tapılan meyit qalıqlarının ilkin qiymətləndirilməsi aparılır”, - Eldar Səmədov əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar edilib.

Teqlər:

"D\u00f6vl\u0259t Komissiyas\u0131: Xocal\u0131da tap\u0131lan sonuncu k\u00fctl\u0259vi m\u0259zarl\u0131qda ekshumasiya i\u015fl\u0259ri davam edir"

Əlaqəli Xəbərlər