http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Marafon yarışları insan sağlamlığına necə təsir edir?

01 Mart 2024 , 10:34
Marafon yarışları insan sağlamlığına necə təsir edir?

Marafonun insan sağlamlığına müəyyən faydaları və zərərləri var. İnsanlar marafondan əvvəl ən azı altı ay məşq edirlər. Bu müddət ərzində onlar bir neçə dəfə minimum 32 km qaçırlar. Bəs yarış günü orqanizm belə bir yükə necə reaksiya verir?

"Operativ Media" xəbər verir ki, əksər marafonçular qaçmağa yüksək sürətlə başlayaraq səhv edirlər.

Unutmamaq lazımdır ki, uzun məsafələrə qaçarkən insan çox tərləyir və normadan daha çox kalori yandırır. Orta qaçışçı hər saat 450-900 ml suya ehtiyac duyur. Bunu daha dəqiq müəyyən etmək üçün bir saatlıq məşqdən sonra kilonuzu çəkə bilərsiniz. Beləliklə, bu müddət ərzində nə qədər maye itirdiyinizi biləcəksiniz. Qidaya gəldikdə isə bir saat yarım qaçışdan sonra sadə karbohidratlar (enerji barları, simit və s.) istehlak etmək tövsiyə olunur.

16-cı kilometrdə mədənizdə kramplar yaranmağa başlaya bilər. Araşdırmalar göstərir ki, uzun məsafəyə qaçanların 30-50%-i bağırsaq xəstəliklərindən əziyyət çəkir. Bunun niyə baş verdiyinə dair iki əsas nəzəriyyə var. Birincisi, hər addımda bağırsaqları itələyərək qıcıqlandırırsınız. İkincisi isə qanın orqanlardan ayrılaraq əzələlərə yönəlməsi, həzm prosesini dayandırması və kramp, ishal və ya ürəkbulanmaya səbəb olmasıdır.

19−24 km qaçdıqda insan bədənindəki tullantılar (orqanizmin enerji istehsal edən proseslərinin əlavə məhsulları) əzələlərdə yığılmağa başlayır. Bu zaman ayaqlar yorulur və ağrımağa başlayır. Bu səbəbdən ayağın burxulması, yaralanması və digər hallarla qarşılaşa bilərsiniz. 29−32 km arasında ayaqlar rahatlamağa başlayır və şəxs yoxuşa doğru qaçdığını hiss edir. Bu mərhələdə böyük dozada karbohidratlar sizə kömək edə bilər.

Finiş xəttinə çatdıqda isə ağciyərlər, ürək və qan damarları hələ də gərginlik altında olur. Buna görə də yola davam etmək məsləhət görülür. Əks halda qan aşağı ətraflarınızda yığılmağa başlayacaq ki, bu zaman huşunuzu itirə və ya başgicəllənmə hiss edə bilərsiniz. Bunun qarşısını almaq üçün Amerika Ürək Assosiasiyası (AHA) ən azı 5-10 dəqiqə daha yavaş yeriməyi tövsiyə edir.

Eyni zamanda, böyrəklər qandakı tullantıları intensiv şəkildə filtrləyir. Elmi cəhətdən sübut edilib ki, marafonçuların yarış günü böyrəklərində yüngül zədələnmələr olur. Marafondan sonra immunitet sistemi də 3-72 saat ərzində zəifləyə bilər. Kifayət qədər yatmaq, düzgün qidalanmaq, əllərinizi tez-tez yumaqla özünüzü müəyyən xəstəliklərdən qorumağınız mümkündür.

OXŞAR XƏBƏRLƏR
Bakıda və rayonlarda intensiv yağış yağıb - FAKTİKİ HAVA

Bakıda və rayonlarda intensiv yağış yağıb - FAKTİKİ HAVA

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

Daşınmaz əmlakın kirayəsi zamanı nə üçün müqavilə bağlanılmır?

Daşınmaz əmlakın kirayəsi zamanı nə üçün müqavilə bağlanılmır?

XƏBƏR LENTİ
  • Dünən
    23:25

    Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
  • Dünən
    22:58

    Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
  • Dünən
    22:52

    Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
    Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
  • Dünən
    22:45

    Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
  • Dünən
    22:34

    İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
  • Dünən
    22:23

    Mənbə: Ermənistan hələ də KTMT-nin üzvüdür
  • Dünən
    22:09

    MAQATE Rusiyanın nüvə təlimləri keçirmək planlarından narahatdır
  • Dünən
    21:54

    Ərdoğan: Rusiyanın iştirakı olmadan Ukraynadakı münaqişənin həlli şansı azdır
Menyu