Menyu

Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb - FƏRMAN

Nərmin Qocamanlı
Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb - FƏRMAN

Prezident İlham Əliyev Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

"Operativ Media" xəbər verir ki, fərmanla həmçinin “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq ediib.

Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Energetika Nazirliyidir.

Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti nazirlik həyata keçirir.

Nazirlər Kabineti qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini 6 müddətində Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Energetika Nazirliyi və Tarif (qiymət) Şurası fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər