"Zoom" bəzi "iPhone"larda fəaliyyətini dayandıracaq
Nərmin Qocamanlı
"Zoom" proqramı mart ayında iOS 11 və 12-yə malik "iPhone"larda fəaliyyətini dayandıracaq.
"Operativ media" xəbər verir ki, bu barədə "Zoom" videokommunikasiya xidmətinin tərtibatçıları məlumat yayıblar.
Şirkət açıqlayıb ki, proqramın işləməyə davam etməsi üçün "Apple" əməliyyat sisteminin minimum versiyasının iOS 13 olmalıdır. Bu, istifadəçi cihazlarının qorunmasını təmin etmək və yeniləmələri buraxmaq üçün lazımdır.