01 Mart 2024, 17:18
Fevral ayının ən güclü 10 smartfonu açıqlanıb
Fevral ayının ən güclü 10 smartfonu açıqlanıb şəkil
Fevral ayının ən güclü 10 smartfonu açıqlanıb

Fevral ayının 10 ən güclü smartfonunun adı açıqlanıb. 

"Operativ Media" xəbər verir ki, "AnTuTu"nun tərtibatçıları fevral ayı üçün "Android" smartfonlarının performans reytinqini dərc ediblər.

Dərc edilən bu reytinqə bir dənə də olsa, "Xiaomi" cihazı daxil deyil.

Birinci yeri 16 GB əməli yaddaşa və 1 TB daxili yaddaşa malik "Oppo Find X7" tutub. İkinci və üçüncü yerlərdə performansı Snapdragon 8 Gen 3 çipi, 16 GB RAM və 512 GB yaddaşla dəstəklənən "Asus ROG Phone 8 Pro" və "iQOO 12" olub.

Onların ardınca "Red Magic 9 Pro+", "Vivo X100 Pro", "Vivo X1002", "iQOO Neo9 Pro", "iQOO 12 Pro", "Nubia Z60 Ultra" və "Oppo Find X7 Ultra" gəlir.

Tədqiqat müəllifləri bildiriblər ki, "Xiaomi" smartfonlarının olmaması istifadəçiləri təəccübləndirə bilər, çünki  "Xiaomi" və "Redmi" modelləri həmişə reytinqə daxil edilib. Mütəxəssislər bunun səbəbinin hələ "MIUI" ilə eyni performansı göstərə bilməyən "HyperOS" əməliyyat sistemi ola biləcəyini irəli sürürlər. Məsələn, "Xiaomi 14 Ultra" 11-ci, "Redmi K70 Pro", "Xiaomi 14 və 14 Pro" isə müvafiq olaraq 13, 14 və 16-cı yerləri tutub.

Son xəbərlər
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb
Rusiya Zəngəzur dəhlizi söhbətlərinə reaksiya verib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Azərbaycan XİN Türkiyəni təbrik edib
"Qarabağ" "Zaltsburq"la qarşılaşacaq
Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib