Şəkidə həbsxanaya gödəkçədə narkotik keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Xidmətdən "Operativ Media"ya verilən xəbərə görə, məhkum Mirzə Zahid oğlu Mirzəyevə tanışı Ramin Akif oğlu Məmmədov tərəfindən gətirilmiş sovqatdakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə 4,116 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net