Menyu

Ərdoğan və Əsəd Moskvada görüşəcək

Ərdoğan və Əsəd Moskvada görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd yaxın vaxtlarda Rusiyanın paytaxtında danışıqlar apara bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb. Görüşün Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə keçirilə biləcəyi qeyd edilir.

Nəşrin məlumatına görə, görüşün yekun tarixi Rusiya prezidentinin Türkiyəyə səfəri zamanı razılaşdırılacaq.

“Tezliklə Putin Türkiyəyə gələcək, səfərin nəticələrinə əsasən bir gün təyin olunacaq və Moskvada Ərdoğanla Əsəd arasında görüş təşkil olunacaq", - KİV yazıb. 

Lakin Türkiyə rəhbərliyi hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər