Yəmənin Husilər hərəkatı Ərəb dənizində İsrailin "MSC SKY" gəmisinə raket zərbəsi endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyə bildirib.
"Yəmən donanması İsrailə məxsus "MSC SKY" gəmisinin Ərəb dənizində bir neçə gəmi əleyhinə raketlə hücumuna məruz qaldığı bir əməliyyat həyata keçirdi. Zərbə dəqiq və sərrast olub", - Səriyə Husilərə məxsus "Al Masirah" telekanalında deyib.
Hərəkatın sözçüsü bildirib ki, hücum raket qüvvələri və hava qüvvələrinin Qırmızı dənizdəki bir sıra düşmən ABŞ gəmilərinə çoxsaylı ballistik raketlər və pilotsuz təyyarələr atdığı yüksək keyfiyyətli əməliyyatdan bir neçə saat sonra baş verib.