Menyu

Ermənistan Hindistandan daha 84 ədəd "ATAQS" artilleriya sistemi alacaq

Ermənistan Hindistandan daha 84 ədəd "ATAQS" artilleriya sistemi alacaq

Ermənistan artilleriya imkanlarını gücləndirmək üçün Hindistandan 155 milyon dollar dəyərində 84 ədəd 155 mm çaplı "ATAGS" qabaqcıl artilleriya sistemi almaq qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilib ki, "ATAQS" raketlərinin uçuş məsafəsi 48 km-dir. 2023-cü ildə Ermənistan bu artilleriya sistemindən 6 ədəd alıb və Hindistan şirkətləri ilə "MarG 155" özüyeriyən haubitsaların və "Akaş" hava hücumundan müdafiə sisteminin alınmasına dair müqavilələr imzalayıb.

"Ermənistanın "ATAQS" alması regionda artan gərginlik fonunda baş verir. Ölkə mövcud təhlükəsizlik çağırışlarına, xüsusən də Azərbaycanla münaqişəyə cavab olaraq silahlı qüvvələrini modernləşdirməyə çalışır. Bu sövdələşmə təkcə Hindistan və Ermənistan arasında müdafiə əlaqələrində mühüm hadisə deyil, həm də Hindistanın beynəlxalq müdafiə bazarında oyunçu kimi artan rolunu göstərir", - məlumatda əlavə edilib. 

Teqlər:

"Erm\u0259nistan Hindistandan daha 84 \u0259d\u0259d \"ATAQS\" artilleriya sistemi alacaq"

Əlaqəli Xəbərlər