Azərbaycanda çoxluq təşkil edən və el arasında "20 kuza" ləqəbi ilə tanınan 2006-2007-ci il istehsalı "Toyota Prius"larla taksi fəaliyyətinə icazə verilməyəcək.
"Operativ Media" xəbər verir ki, “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də qeyd olunub ki, buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Beləliklə, sözügedən illərin istehsalı olan "Prius"lar taksi fəaliyyətində istifadə olunmayacaq.