Menyu

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Nərmin Qocamanlı
Təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

"Operativ Media" Penitensiar xidmətə istinadən xəbər verir ki, həbs edilmiş şəxs Zaur Tahir oğlu İsmayılova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı 1 cüt ayaqqabının daban hissələrində xüsusi üsulla gizlədilmiş bükülülərdə 17,092 qram heroin və 6,210 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"T\u0259cridxanaya narkotik ke\u00e7irilm\u0259sinin qar\u015f\u0131s\u0131 al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər