Menyu

Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb

Nərmin Qocamanlı
Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb
1 dəq oxu

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.  

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov "Operativ Media"ya bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd  hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. 
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Əlaqəli Xəbərlər