http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Fitrə zəkatı hansı şəkildə və nə qədər verilməlidir?

02 Aprel 2024 , 11:42
Fitrə zəkatı hansı şəkildə və nə qədər verilməlidir?

Ramazan ayının son günündə fitrə zəkatının verilməsi vacib əməllərdən hesab olunur. 

Bəs fitrə zəkatı hansı şəkildə və nə qədər verilməlidir?

Mövzu ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov "Operativ Media"ya bildirib ki, fitrə zəkatı imkanı çatan müsəlmanın Ramazanın sonuncu günü orucu açdıqdan növbəti gün bayram namazınadək olan müddət ərzində verdiyi sədəqədir:

"Bu müddət ərzində fitrə zəkatını verə bilməmək ehtimalımız varsa, yaxud uzaq məsafədə yaşayan kimsələrə zəkat vermək niyyətini etmişiksə, bayramdan bir neçə gün əvvəl biz bu sədəqəni verə bilərik. Yaxşı olar ki, bayram günü kasıblar sevinsin deyə bu sədəqəni biz bayramdan bir gün əvvəl verək. Fitrə zəkatı hədisdə qeyd edilmiş buğda, kişmiş, xurma, yağsız pendir və digər məhsullardan, verilir. Eyni zamanda bunu pul ilə də əvəzləmək mümkündür. İslam şəriətinin məqsədlərini nəzərə alsaq, vasitələrə deyil, məqsədə, hikmətə köklənsək, fitrə zəkatını pulla vermək daha münasibdir. Keçmişdə də Həsən Əl Bəsri, Əta, Süfyan əs Sövri, Ömər ibn Əbdüləziz, İmam Əbu Hənifə, Şeyxülislam ibni Teymiyyə fitrənin pulla verilməsinin münasib olduğunu bildiriblər".

O, qeyd edib ki, fitrə zəkatının verilməsində əsas məqsəd imkansızları, yoxsulları bayram sevincinə ortaq etməkdir:

"Elə etmək lazımdır ki, yoxsul da bayramı keçirə bilsin. Bəzən deyirlər ki, fitrə zəkatı ancaq məhsulla verilməlidir. Əlbəttə ki, bu, çox vaxt Peyğəmbərin dövrünü düzgün təhlil edə bilməməyin doğurduğu formal yanaşmadır. Nəzərə alaq ki, peyğəmbərin dövründə qidalanma pulla deyil, tədavüldə olan və asanlıqla əldə edilən məhsullarla təmin edilirdi. İnsanların daha tez qidalanması üçün pula deyil, hazır məhsula ehtiyac vardı. Belə olanda indiki dövrdə fitrə zəkatını yaxşı olar ki, pulla verək. Əlbəttə, istəyən şəxs bayramın keçirilməsi üçün lazım olan qidalarla da fitrə zəkatını çıxara bilər. Nəzərə alsaq ki, indiki dövrdə bazarlarda qiymətlər yüksəkdir, buna görə də adambaşına 15-20 manat fitrə zəkatı vermək məqbuldur".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu