Qubada 8 kiloqram narkotik vasitə və 7 ədəd odlu silah aşkarlanıb
Nərmin Qocamanlı
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son mart ayı ərzində rayon ərazisində keçirilən əməliyyatlarla narkotiklərin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz silah saxladıqlarına görə 51 nəfər saxlanılıb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Bundan başqa əməliyyat yolu ilə 6 “Kalaşnikov” avtomatı, 1 tapança, 3 patron darağı və 23 ədəd patron aşkarlanıb.