Menyu

KİV: ABŞ konqresmenləri gələn həftə Kiyevə yardımı nəzərdən keçirə bilərlər

KİV: ABŞ konqresmenləri gələn həftə Kiyevə yardımı nəzərdən keçirə bilərlər

ABŞ Konqresinin Nümayəndələr Palatası gələn həftə Ukraynaya dəstək üçün maliyyə ayırmağa davam etmək variantlarını nəzərdən keçirə bilər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Respublikaçı və Demokrat partiyalarındakı mənbələrinə istinadən "The Hill" qəzeti yazıb.

Qəzetin məlumatına görə, Konqresin Aşağı Palatasının spikeri Mayk Conson (Respublikaçı, Luiziana) bu məsələni qanunvericilərin müzakirəsinə rəsmi şəkildə təqdim etməyə hazırdır. Mənbələr bildiriblər ki, Ukrayna, İsrail və Hind-Sakit Okean regionundakı ABŞ tərəfdaşları da daxil olmaqla xarici müttəfiqlərə kömək üçün maliyyə təmin etmək təşəbbüsü gələn həftə təqdim oluna bilər. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Adam Smit isə bildirib: "Mən bilirəm ki, spiker gələn həftə Ukrayna ilə bağlı nəsə etmək niyyətindədir".

Smit əmindir ki, Kiyevə yardımı davam etdirməyin yeganə variantı aşağı palatanın əvvəllər Senat tərəfindən təsdiq edilmiş qanun layihəsini dəstəkləməsi olacaq: "Ukraynaya kömək almağın yeganə yolu Nümayəndələr Palatasının Senatın qanun layihəsini qəbul etməsidir".

"The Hill" qeyd edir ki, Ukraynaya yardım məsələsinin həlli istənilən halda Conson üçün riskli olacaq, o, bəzi partiya üzvlərinin narazılığına görə mövqeyini itirə bilər: "O, iynəni saplamağa çalışır, amma bu, mümkün deyil. Fraksiya çox parçalanıb".

Teqlər:

"K\u0130V: AB\u015e konqresmenl\u0259ri g\u0259l\u0259n h\u0259ft\u0259 Kiyev\u0259 yard\u0131m\u0131 n\u0259z\u0259rd\u0259n ke\u00e7ir\u0259 bil\u0259rl\u0259r"

Əlaqəli Xəbərlər