Menyu

İran BMT TŞ-yə məktub yazıb, İsraillə gərginliyi artırmaq istəmədiyini bəyan edib

Əziz Əzizli
İran BMT TŞ-yə məktub yazıb, İsraillə gərginliyi artırmaq istəmədiyini bəyan edib
1 dəq oxu

İran BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.

"Operativ Media"nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, məktubda qeyd edilib ki, İran İsrailin Dəməşqdəki diplomatik məkanlarına silahlı hücumu və 7 yüksək səviyyəli müşavirinin həlak olmasından sonra aprelin 13-də İsrailin hərbi obyektlərinə hücum əməliyyatı həyata keçirib.

Qeyd edilib ki, Tehran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmək hüququndan istifadə edib, İsrailin 1 apreldəki hücumuna cavab verib. Bildirilib ki, İran BMT-nin məsuliyyətli üzvü olaraq beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqdir, bölgədə gərginliyi və qarşıdurmanı artırmağa çalışmır

Əlaqəli Xəbərlər