Menyu

BMT TŞ İranın İsrailə hücumu ilə əlaqədar növbədənkənar iclas keçirəcək

Əziz Əzizli
BMT TŞ İranın İsrailə hücumu ilə əlaqədar növbədənkənar iclas keçirəcək
1 dəq oxu

Bu gün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.

"Operativ Media"nın "Alman dalğası"na istinadən verdiyi xəbərə görə, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan bildirib.

BMT Təhlükəsizlik Şurasının iclası İsrailin təşəbbüsü ilə çağırılıb. Qilad Erdan qeyd edib ki, bu gecə saat 22.00-da keçiriləcək iclasda İranın İsrailə hücumu müzakirə olunacaq.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raketi atıb

Əlaqəli Xəbərlər