Menyu

Litva və Almaniya sursat zavodu ilə bağlı niyyət protokolu imzalayacaqlar

Litva və Almaniya sursat zavodu ilə bağlı niyyət protokolu imzalayacaqlar

Aprelin 16-da Litva və Almaniya tərəfləri Baltikyanı respublikada Almaniyanın müdafiə konserni Rheinmetall üçün sursat zavodunun tikintisinə dair niyyət protokolu imzalayacaqlar. 

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə Litvanın iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonaite məlumat verib.

"Litva tərəfi ilə bağlı sənəd iqtisadiyyat və müdafiə nazirlikləri tərəfindən imzalanacaq", - o, aydınlıq gətirib.

Litva layihəyə xüsusilə böyük investisiya statusu vermək niyyətindədir. Bu çərçivədə lazımi qərarların daha tez qəbul edilməsinin mümkün olacağı gözlənilir: "Ümid edirik ki, bu mərhələ başa çatdırıla bilər və tikinti bu il başlaya bilər".

Nazir layihənin Litva tərəfi və Rheinmetall tərəfindən hansı nisbətdə maliyyələşdiriləcəyini dəqiqləşdirməyib, lakin istehsal olunan sursatın bir hissəsinin Litva tərəfindən alınacağını qeyd edib.

Qeyd edək ki, Rheinmetall sursat zavodu Litvada 155 mm-lik artilleriya mərmiləri istehsal edəcək. 

Teqlər:

"Litva v\u0259 Almaniya sursat zavodu il\u0259 ba\u011fl\u0131 niyy\u0259t protokolu imzalayacaqlar"

Əlaqəli Xəbərlər