Menyu

İranın Parisdəki səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Parisdəki səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Parisdəki səfiri Məhəmməd Əmin-Nejad ölkəsinin İsrailə endirdiyi hava hücumundan sonra Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirliyə çağırılan səfir Əmin-Nejada Fransanın aprelin 13-nə keçən gecə İranın İsrailə hava hücumunu pislədiyi bildirilib.

Bəyanatda İranın "məsuliyyətsiz" hücumunun heç kəsin marağında olmayacaq eskalasiya riski yaratdığı vurğulanıb.

İran Fransanın tərəfdaşı İsrailin təhlükəsizliyini və regional sabitliyi təhdid edən hərəkətlərinə son qoymağa çağırılıb.

Bundan əvvəl Hollandiya, Almaniya və Belçika da İranın bu ölkələrdəki səfirlərini nazirliyə dəvət edib.

Teqlər:

"\u0130ran\u0131n Parisd\u0259ki s\u0259firi Fransa Xarici \u0130\u015fl\u0259r Nazirliyin\u0259 \u00e7a\u011f\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər