Meksika XİN həmvətənlərinə İsraili təcili tərk etməyi tövsiyə edib
Meksika Xarici İşlər Nazirliyi İsraildəki vətəndaşlarına bu ölkəni təcili tərk etməyi tövsiyə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Meksika XİN məlumat yayıb.
"Hazırda hər hansı Meksika vətəndaşı İsraildədirsə, onların bu ölkədən gedişini mümkün qədər tez planlaşdırmaq tövsiyə olunur. Ölkəni təhlükəsiz tərk etmək mümkün olan kommersiya reysləri mövcuddur", - XİN-in bəyanatında deyilir.
Nazirlik əlavə edib ki, İsraili tərk etmək imkanları "hər an xəbərdarlıq edilmədən məhdudlaşdırıla bilər".
Meksika Xarici İşlər Nazirliyi həmçinin həmvətənlərini bölgəyə, ilk növbədə İran və İsrailə lazımsız səfərlərdən imtina etməyə çağırıb.