Menyu

Cənubi Koreya öz vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib

Nərmin Qocamanlı
Cənubi Koreya öz vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib

Cənubi Koreya vətəndaşlarına İsraillə gərginlik yaşayan İranın bəzi hissələrinə səyahət etməmələri barədə xəbərdarlıq edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında İranın bəzi bölgələrinə, xüsusilə Sistan və Bəlucistan əyalətlərinə və Xuzistan, Buşəhr və Hörmüzqan əyalətlərinə səfər etməmək tövsiyə edilib.

Cənubi Koreya vətəndaşları İrana planlaşdırılan səfərlərini ləğv etməyə, bölgə sakinləri isə fövqəladə hallar istisna olmaqla təhlükəsiz ölkələrə getməyə çağırılıb.

Açıqlamada nazirliyin İrandakı təhlükəsizlik vəziyyətini yaxından izləyəcəyi və lazım gələrsə əlavə tədbirlər açıqlayacağı qeyd edilib.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər