Menyu

Aİ davam edən araşdırmaya görə "TikTok Lite"ı müvəqqəti qadağan etməyi planlaşdırır

Nərmin Qocamanlı
Aİ davam edən araşdırmaya görə "TikTok Lite"ı müvəqqəti qadağan etməyi planlaşdırır

Avropa Komissiyası T"ikTok"un ana şirkəti "ByteDance" ilə bağlı Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozduğu iddiası ilə araşdırmaya başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Tech Crunch” portalı məlumat yayıb.

Bu ilin aprelində Fransa və İspaniyada istifadəyə verilən "TikTok Lite" istifadəçilərə videolara baxmaq, bəyənmə və digər hərəkətlər üçün xal qazanmağa imkan verir. Bu xalları "Amazon" sertifikatları və ya yayımçılara hədiyyə etmək üçün istifadə edilə bilən "TikTok" rəqəmsal valyutası üçün almaq olar. Bununla belə, Avropa Komissiyası belə bir mexanizmin yetkinlik yaşına çatmayanların psixi sağlamlığına mənfi təsir göstərə biləcəyindən narahatlığını ifadə edib.

Komissiya araşdırma zamanı Aİ-də "TikTok Lite" tətbiqinə girişi müvəqqəti olaraq qadağan etməyi planlaşdırır, lakin şirkətə məhdudiyyətdən şikayət etmək üçün 24 aprel 2024-cü ilə qədər vaxt verib.

Qeyd olunub ki, araşdırma başlamazdan əvvəl Avropa Komissiyası "ByteDance"dən 24 saat ərzində xidmətinin potensial riskləri ilə bağlı hesabat tələb edib, lakin şirkət cavab verməyib.

Qeyd edək ki, DSA qanununun pozulmasına görə, "ByteDance" qlobal illik dövriyyənin 1%-ə qədər, müəyyən qanun pozuntuları halında isə illik dövriyyənin 5%-i qədər əlavə cərimələrə məruz qala bilər.

Teqlər:

"A\u0130 davam ed\u0259n ara\u015fd\u0131rmaya g\u00f6r\u0259 \"TikTok Lite\"\u0131 m\u00fcv\u0259qq\u0259ti qada\u011fan etm\u0259yi planla\u015fd\u0131r\u0131r"

Əlaqəli Xəbərlər