ABŞ Senatı "TikTok"u qadağan edən qanun layihəsini qəbul edib
Nərmin Qocamanlı
ABŞ Senatı "TikTok"un Amerikada qadağan edilməsinə səbəb ola biləcək mübahisəli qanun layihəsini təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, "TikTok"un Çin sahibi olan "ByteDance"ə səhmlərini satmaq üçün doqquz ay vaxt verilir, əks halda proqram ABŞ-da bloklanacaq.
Qanun layihəsi indi ABŞ prezidenti Co Baydenə veriləcək və o, layihəni masasına çatan kimi imzalayacağını bildirib.
Qeyd edək ki, "ByteDance" daha əvvəl "TikTok"u satmağa məcbur edəcək istənilən cəhdə qarşı çıxacağını bildirmişdi, lakin indi ABŞ-a qarşı heç bir reaksiya vermir.
ABŞ "ByteDance"i tətbiqi satmağa məcbur etməkdə müvəffəq olsa, hər hansı bir razılaşma hələ də Çin rəsmilərinin təsdiqinə ehtiyac duyacaq, lakin Pekin belə bir hərəkətə qarşı çıxacağını vəd edib.
Xatırladaq ki, milyonlarla amerikalı haqqında məlumatların Çinin əlinə keçə biləcəyi ilə bağlı qorxular Konqresin Pekində yerləşən şirkətdən "TikTok"u ayırmaq cəhdlərinə səbəb olub.
Teqlər:
"AB\u015e Senat\u0131 \"TikTok\"u qada\u011fan ed\u0259n qanun layih\u0259sini q\u0259bul edib"