Menyu

ABŞ-ın mövqeyi fonunda "TikTok"un tamamilə qadağan edilməsi müzakirə edilib

Nərmin Qocamanlı
ABŞ-ın mövqeyi  fonunda "TikTok"un tamamilə qadağan edilməsi müzakirə edilib

Finlandiya parlamentinin üzvü Hanna Kosonen "TikTok"un tamamilə qadağan olması məsələsini müzakirə edib.

"Operativ Media" xəbər verir ki, Kosonen hökumətə ünvanladığı məktubda "TikTok"un Çin Kommunist Partiyası tərəfindən idarə olunması təhlükəsini vurğulayaraq narahatlığını ifadə edib.

Kosonen təsdiqlənmiş casusluq hallarına toxunaraq, "TikTok"un uşaqlar, gənclər və ictimai asayiş üçün təhlükə yaratdığını vurğulayıb. O, tətbiqin təkcə Finlandiyada 1,5 milyon istifadəçisi olduğunu qeyd edib.

Kosonenin əsas narahatlığı istifadəçi məzmununu təyin edən, məxfilik və senzura ilə bağlı suallar doğuran "TikTok" alqoritmi olub. Kosonen ABŞ rəsmilərinin ifadə etdiyi narahatlıqları təkrarlayıb və Aİ-ni "TikTok"a qarşı qəti addımlar atmağa çağırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər