Menyu

"Telegram"da Ukrayna nazirliynin kanalı bloklanıb

Nərmin Qocamanlı
"Telegram"da Ukrayna nazirliynin kanalı bloklanıb

"Telegram" Ukraynanın bir sıra rəsmi çatbotlarını, o cümlədən ölkənin Baş Kəşfiyyat İdarəsinin (GUR) messencerini bloklayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Rusiyada terror aktlarında iştirakda ittiham olunan Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi Kirill Budanov "Telegram" messencerini ölkənin milli təhlükəsizliyi üçün problem hesab edir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov da "Telegram"ın təhlükəsizliyə təhdid olduğunu bildirib.

Qeyd edək ki, "Telegram"ın qurucusu Pavel Durov daha əvvəl məlumat vermişdi ki, Amerikanın "Apple" şirkəti Ukrayna SİM kartları ilə "iPhone" smartfonlarının sahibləri üçün tətbiqdə bəzi kanallara çıxışı məhdudlaşdırmaq istəyir. Onun sözlərinə görə, "Telegram" rəhbərliyi şirkətin tələblərinə məhəl qoymaya bilməz.

 

Teqlər:

"\"Telegram\"da Ukrayna nazirliynin kanal\u0131 bloklan\u0131b"

Əlaqəli Xəbərlər