ABŞ daha 31 Çin şirkətinə sanskiyalar təyin edib
Nərmin Qocamanlı
ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-ın Pekindəki səfiri Nicolas Burns bildirib.
O, bu şirkətlərin müdafiə sənayesinin əsasını təşkil edən kritik texnologiyaları Rusiyaya təqdim etdikləri səbəbiylə sanksiyaya məruz qaldıqlarını vurğulayıb və Çinə bu satışların dayandırılmaması halında tədbir görüləcəyi ilə bağlı xəbərdarlıq edib.
ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiyi açıqlamada siyahıda olan Çin şirkətlərinin Rusiyaya hərbi və mülki ikili təyinatlı aerokosmik və istehsal avadanlıqlarının hazırlanmasında və tədarükündə rolunun olduğunu iddia edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net