Menyu

Keniyada leysan yağışlarında ölənlərin sayı artıb

Nərmin Qocamanlı
Keniyada leysan yağışlarında ölənlərin sayı artıb

Keniyada leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 188 nəfər ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Keniya Daxili İşlər Nazirliyinin və Milli Administrasiyanın məlumat yayıb.

Məlumata görə, ölkənin 47 rayonundan 28-dən çoxunda yağan leysan və tufan genişmiqyaslı köçkünliyə səbəb olub, 33,1 min ailədən 196,290 nəfər zərər çəkib.

“Ümumilikdə 125 nəfər yaralanıb, 90 nəfər hazırda itkin düşüb. 33,100 ev təsərrüfatına və 1,967 məktəbə ziyan vuran şiddətli daşqın nəticəsində təxminən 165,5 min nəfərin zərər çəkdiyi bildirilir”, - nazirliyin Nayrobidə yaydığı bəyanatda deyilir. 

Keniya rəsmiləri və humanitar təşkilatlar insanları su basmış ərazilərdən uzaq durmağa, yüksək yerlərə çıxmağa və güclü yağış zamanı avtomobil idarə etməməyə çağırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər