Tbilisidə keçirilən aksiyada 23 nəfər saxlanılıb
Mayın 2-də Tbilisidə Qəhrəmanlar meydanında keçirilən etiraz aksiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları 23 nəfəri saxlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Mtavari Arxı" telekanalı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl Tbilisidə çoxminlik etiraz aksiyası keçirilib. Əvvəlki günlərdən fərqli olaraq parlament yaxınlığında baş tutan və təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilən mitinqdə xarici agentlər haqqında qanunun qəbuluna qarşı çıxan vətəndaşlar Qəhrəmanlar meydanında nəqliyyatın hərəkətini kəsiblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net