http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır - BMT-nin Baş katibi

04 May 2024 , 17:35
Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır - BMT-nin Baş katibi

"Mətbuat planet üçün: Jurnalistika ekoloji böhran qarşısında”. 2024-cü ildə Ümumdünya Mətbuat Azadlığı Günü məhz bu mövzuda keçirilib və hazırkı qlobal ekoloji böhran kontekstində jurnalistika və ifadə azadlığının əhəmiyyətinə həsr olunub.

"Operativ Media" xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin media nümayəndələri ilə görüşündə qlobal ekoloji böhranın bütün aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, iqlim böhranının nəticələri haqqında məlumatlı olmaq demokratik cəmiyyətlər qurmaq üçün vacibdir və jurnalist fəaliyyəti bu sahədə vazkeçilməz amildir.

BMT vurğulayır ki, jurnalistlər təchizat zəncirləri problemləri, iqlim miqrasiyası, hasilat sənayesi, qeyri-qanuni mədənçilik, çirklənmə, brakonyerlik, heyvan alveri, meşələrin qırılması və ya iqlim dəyişikliyi kimi müasir problemlərə dair məlumat axtarmaq və yaymaqda ciddi çətinliklərlə üzləşir. Bu məsələlərin geniş ictimaiyyətə çatdırılmasının təmin edilməsi bütün dünyada sülhün və demokratik dəyərlərin təşviqi üçün çox mühümdür.

Dünyanın üçqat planet böhranı - iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və havanın çirklənməsi kontekstində dezinformasiya kampaniyaları biliklərə və elmi tədqiqat metodlarına meydan oxuyur. Elmin etibarlı arqumentlərinə edilən hücumlar plüralist və məlumatlı ictimai müzakirələrə ciddi təhlükə yaradır. Həqiqətən, iqlim dəyişikliyi ilə bağlı yanlış məlumatlar bəzi hallarda onların həlli istiqamətində beynəlxalq səylərə xələl gətirə bilər.

BMT mütəxəssisləri bildirirlər ki, ətraf mühit problemləri ilə bağlı dezinformasiya iqlim dəyişikliyi, effektiv siyasət və ekoloji böhrandan təsirlənən həssas icmaların, eləcə də qadınların və qızların müdafiəsi üçün ictimai və siyasi dəstəyin yox olması ilə nəticələnə bilər, eyni zamanda, bərabərsizliyi daha da artıracaq. Davamlı inkişafa nail olmaq üçün jurnalistlərin ekoloji problemlər və onların nəticələri, habelə mümkün həll yolları haqqında dəqiq, vaxtında və hərtərəfli məlumat verməsi zəruridir.

Təşkilat qeyd edib ki, bu fəaliyyət aşağıdakı istiqamətləri əhatə edən hərtərəfli strategiya tələb edir: Jurnalistlərə qarşı törədilən cinayətlərin qarşısının alınması və onların müdafiəsi, jurnalistika vasitəsilə dezinformasiyaya qarşı mübarizə ilə yanaşı, ifadə azadlığı, elmi araşdırma azadlığı və əsas məlumat mənbələrinə çıxış hüquqlarının təmin edilməsi, medianın, xüsusilə regional, yerli mətbuatın çoxluğunu, müxtəlifliyini və həyat qabiliyyətini təşviq etmək.

BMT vurğulayır ki, rəqəmsal platformaların idarə edilməsi UNESCO-nun Rəqəmsal Platformaların İdarə Edilməsi üzrə Təlimatlarında göstərildiyi qaydada həyata keçirilməli, texnoloji şirkətlərin şəffaflığı, onların hesabatlılığı, istifadəçi səlahiyyətlərinin artırılması və beynəlxalq insan hüquqları standartlarına əsaslanan məzmunun moderasiyası və kurasiyası təmin olunmalıdır.

 

OXŞAR XƏBƏRLƏR
Hindistan və Pakistanın Qırğızıstandakı səfirlikləri vətəndaşlarına müraciət edib

Hindistan və Pakistanın Qırğızıstandakı səfirlikləri vətəndaşlarına müraciət edib

İspaniya XİN Əfqanıstanda atışma nəticəsində üç vətəndaşının öldüyünü bildirib

İspaniya XİN Əfqanıstanda atışma nəticəsində üç vətəndaşının öldüyünü bildirib

KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb

KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb

XƏBƏR LENTİ
  • 14:11

    Hindistan və Pakistanın Qırğızıstandakı səfirlikləri vətəndaşlarına müraciət edib
  • 14:02

    Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir
  • 14:00

    Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
  • 13:48

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 13:42

    Azərbaycan və İran liderləri görüşəcəklər
    Azərbaycan və İran liderləri görüşəcəklər
  • 13:26

    Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
    Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
  • 13:25

    Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
    Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
  • 13:10

    Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək
Menyu