Çexiya Nazirlər Kabineti səfiri Rusiyadan geri çağırıb
Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan respublikanın Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "CTK" xəbər agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Çexiya Xarici İşlər Nazirliyi agentliyin müvafiq sualını cavablandıraraq bildirib ki, Pivonka mayın sonunda səfir postunu tərk edəcək. Respublikanın xarici işlər naziri Yan Lipavski bundan əvvəl Moskvada görülən işlərə görə ona minnətdarlığını bildirmişdi.
Pivonka Praqaya getdikdən sonra Çexiyanın Rusiya Federasiyasındakı səfirliyinə faktiki olaraq müvəqqəti işlər vəkili Yan Ondreyka rəhbərlik edir. Çexiya hakimiyyəti Moskvaya yeni səfir göndərməyi planlaşdırır, Praqa ilə Moskva arasında münasibətlər son illərdə xeyli pisləşib. Çexiya mediası daha əvvəl bu postu respublikanın keçmiş müdafiə nazirinin müavini Daniel Kostovalın tuta biləcəyini yazıb.
Teqlər:
"\u00c7exiya Nazirl\u0259r Kabineti s\u0259firi Rusiyadan geri \u00e7a\u011f\u0131r\u0131b"