Menyu

ABŞ və Rumıniya liderləri Ukrayna və enerji məsələlərini müzakirə edəcəklər

ABŞ və Rumıniya liderləri Ukrayna və enerji məsələlərini müzakirə edəcəklər
1 dəq oxu

ABŞ və Rumıniya prezidentləri Co Bayden və Klaus İohannis mayın 7-də Vaşinqtonda danışıqlar aparacaq, onlar digər məsələlərlə yanaşı, Ukrayna ətrafındakı vəziyyəti və enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

Açıqlamada qeyd edilir ki, görüş Rumıniyanın NATO-ya üzv olmasının 20-ci ildönümünə təsadüf edir. Bayden ABŞ qoşunlarını Rumıniyada yerləşdirdiyinə görə İohannisə təşəkkür edəcək və Buxarestin NATO-nun şərq cinahında, xüsusən də Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsinə töhfə verdiyi fikrini ifadə edəcək.

Jan-Pyerin sözlərinə görə, tərəflər həmçinin Ukraynaya davamlı dəstəyi vurğulayacaqlar və ABŞ və Rumıniyanın birgə işlədiyi sahələri, o cümlədən enerji, iqtisadi əməkdaşlığı nəzərdən keçirəcəklər. 

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər