Küveyt əmiri əs-Sabah Ankarada səfərdədir
Nərmin Qocamanlı
Prezident Rəcəb Tayyib Ərdoğan Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahı Esenboğa hava limanında mərasimlə qarşılayıb.
"Operativ Media" xəbər verir ki, 2023-cü ildə vəzifəsinin icrasına başlayan Küveyt əmiri ərəb dünyası xaricində ilk rəsmi səfərini Türkiyəyə edir.
Məlumata görə, Küveyt Əmiri Əs Sabahın Prezident Kompleksində rəsmi qarşılanma mərasimi olacaq.
Buradakı mərasimdən sonra iki lider ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirəcək.
Dövlət Ordeninin təltif edilməsi və Müqavilələrin imzalanması mərasimindən sonra Ərdoğan Küveyt əmiri əs Sabahın şərəfinə rəsmi şam yeməyi verəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net