Menyu

Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib

Nərmin Qocamanlı
Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Batken rayonunun Leylek rayonunun Ak-Bosoqo kəndi yaxınlığında baş verib. Tacikistan vətəndaşları Qırğızıstan ərazisində, dövlət sərhədi xəttindən 250-300 metr aralıda olublar. Sərhədçilərin respublika ərazisini tərk etmək tələblərinə məhəl qoymayaraq, orduya daş atmağa başlayıblar.

Sərhəd qurumu bildirib ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Qırğızıstan Respublikasının sərhədçiləri havaya xəbərdarlıq atəşi açıb, daha sonra çobanlar Tacikistan ərazisinə qaçıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər