Menyu

İsrail: HƏMAS məhv edilənə qədər Rəfahdakı əməliyyatlar dayanmayacaq

İsrail: HƏMAS məhv edilənə qədər Rəfahdakı əməliyyatlar dayanmayacaq

Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatlar bu ərazidə HƏMAS-ın batalyonları məhv edilənə qədər və ya Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovlar azad edilənə qədər bitməyəcək.

"Operativ Media" xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant Fələstin anklavı ilə sərhəd yaxınlığında artilleriya qoşunları ilə görüşdə deyib.

"Əməliyyat Rəfahdakı Həmas batalyonları məhv edilənə və ya ilk girov İsrailə qaytarılana qədər davam edəcək", - deyə Qalant bildirib. 

"İsrail girovların qaytarılması üçün kompromislərə getməyə hazırdır, lakin bu variant istisna olunarsa, biz Qəzza zolağının bütün ərazisində - cənubda, mərkəzdə və şimalda əməliyyatları davam etdirəcəyik və dərinləşdirəcək", - Qallant əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər