Birləşmiş Millətlər Təşkilatı Rəfah və Kerem Əbu Səlim sərhəd qapılarının bağlanmasından sonra Qəzzaya humanitar yardım gətirə bilməyəcəklərini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.
Düjarrik BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) sahə rəsmilərindən aldığı məlumata istinad edərək, İsrail ordusunun evakuasiya əmrindən sonra on minlərlə insanın məcburi köçkün edildiyini qeyd edib.
Sözügedən insanların son 7 ayda dəfələrlə yerindən-yurdundan didərgin düşdüyünə diqqət çəkən Dujarrik bildirib: "Qəzzada mülki əhalinin əsas ehtiyacları qarşılanmalıdır".
Düjarrik Qəzzanı tərk etmək istəyənlərə kifayət qədər vaxt və təhlükəsiz marşrut və təhlükəsiz son nöqtə ilə təmin edilməli olduğunu vurğulayıb.