Menyu

Paşinyana istefaya getməsi üçün bir saat vaxt verilib

Əziz Əzizli
Paşinyana istefaya getməsi üçün bir saat vaxt verilib
1 dəq oxu

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat İrəvanda Respublika Meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyanın istefa verməsi üçün bir saat vaxt verdiyini bildirib.

Bu barədə "Operativ Media" Ermənistan KİV-ə istinadən xəbər verir.

"İlk dəfədir ki, onun adını çəkirəm. Nikol Paşinyan! Mən sizə istefa üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram", - o deyib.

Əlaqəli Xəbərlər