Menyu

Sərnişin qatarı digər qatara çırpılıb, 90 nəfər xəsarət alıb

Nərmin Qocamanlı
Sərnişin qatarı digər qatara çırpılıb, 90 nəfər xəsarət alıb
1 dəq oxu

Argentinanın paytaxtı Buenos-Ayresdə sərnişin qatarının park edilmiş boş qatara çırpılması nəticəsində 90 nəfər xəsarət alıb.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, qatar körpüdə hərəkət edərkən park edilmiş digər qatara çırpılaraq relsdən çıxıb.

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu göndərilib, 90 nəfərin yaralandığı açıqlanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Əlaqəli Xəbərlər