Menyu

Əfqanıstanda daşqınlar nəticəsində 300-dən çox insan həlak olub ​- YENİLƏNİB

Nərmin Qocamanlı
Əfqanıstanda daşqınlar nəticəsində 300-dən çox insan həlak olub ​- YENİLƏNİB

Əfqanıstanın Baqlan, Təxar, Bədəxşan və Qor əyalətlərinin böyük hissələrinə təsir edən leysan yağışları və daşqınlar nəticəsində 330-dan çox adam ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ümumdünya Ərzaq Proqramının Əfqanıstan ofisi məlumat yayıb.

Bildirilib ki, təkcə Baqlan əyalətinin şimalında 300-dən çox insan həlak olub, 1000-dən çox ev dağılıb.


Yerli rəsmilərin verdiyi məlumata gör, Əfqanıstanın Baqlan, Taxar, Bədəxşan və Qor əyalətlərinin böyük hissələrinə yağan leysan və daşqınlar nəticəsində azı 160 nəfər ölüb, 117 nəfər yaralanıb.

​***

14:19

Əfqanıstanın Taxar, Baqlan, Qor və Herat əyalətlərində yağan güclü yağış daşqınlara səbəb olub. Bir çox yaşayış məntəqələri su altında qalıb. 

"Operativ Media" xəbər verir ki, Baqlan Qubernatorunun müavini Molla Ələm Məcidi verdiyi açıqlamada baş verən seldə 130 nəfərin həyatını itirdiyini, 100 nəfər yaralandığını deyib.

O, ölənlərin sayının artacağının gözləndiyini vurğulayıb.

Taxar Fəlakət İdarəsi sədri Əhməd Sir Sacid bildirib ki, Namak Ab, İşkamiş, Fərxar və Kafqan bölgələrində 20 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Sacidin sözlərinə görə, 300 evə, elektrik və rabitə infrastrukturuna ciddi ziyan dəyib.

Teqlər:

"\u018ffqan\u0131standa da\u015fq\u0131nlar n\u0259tic\u0259sind\u0259 300-d\u0259n \u00e7ox insan h\u0259lak olub \u200b- YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər