Mülki vətəndaşların Rəfahda təhlükəli ərazilərə köç etməyə məcbur edilməsi qəbuledilməzdir.
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrell bildirib.
İsrailin beynəlxalq hüquqa görə mülki şəxslərin təhlükəsizliyini təmin etmək məcburiyyətində olduğunu bildirən Borrell qeyd edib: "Mülkilərin Rəfahın təhlükəli bölgələrinə getməyə məcbur edilməsi qəbuledilməzdir".
İsrailə "Rəfəha qurudan hücum etməmək" çağırışını təkrarlayan Borrell deyib: "Bu, onsuz da ağır olan humanitar böhranı daha da pisləşdirəcək".
Teqlər:
"Borrell \u0130srailin R\u0259faha quru h\u00fccumuna etiraz edib"